Dünya
Los-Ancelesdə 60 min insanın həyatı xilas edildi - VİDEO
Kaliforniyanın Los-Anceles bölgəsində toksik kimyəvi maddə anbarının partlama riski tamamilə aradan qaldırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı yerli rəsmilərə istinadla məlumat yayıb.
Mövcud riskin aradan qaldırılması ilə əlaqədar təxliyə olunan insanların böyük bir qisminə öz yaşayış yerlərinə dönməyə icazə verilib. Təxliyə qərarı ümumilikdə 60 min insanı əhatə edib, onlardan 16 mini üçün evə dönüş qadağası hələ də qüvvədə qalmaqdadır. Həmin şəxslərin vəziyyəti barədə yekun qərarın çərşənbə axşamı veriləcəyi bildirilir. Xatırladaq ki, ştat rəhbərliyi daha öncə "GKN Aerospace Transparency" şirkətinə aid olan zəhərli kimyəvi çənin partlaması və sızması təhlükəsinə görə onminlərlə insanı təhlükəsiz əraziyə köçürmüşdü. Ştatın qubernatoru Qevin Nyusom Orinc dairəsində fövqəladə hal rejimi elan etmişdi. Əlaqədar yerli xidmətlər mayın 21-dən etibarən tənəffüs yollarında ciddi problemlər yaradan, tezalışan toksik maddə olan metilmetakrilatla dolu anbarın partlamasına imkan verməmək üçün tədbirlər görürdü.

Mənbə
oxu.az