Dünya
"Brent" markalı neft kəskin ucuzlaşdıqdan sonra yenidən BAHALAŞDI
Qlobal bazarda "Brent" markalı neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Bakı vaxtı ilə saat 09:14-də Londonun ICE birjasında iyul ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 2.68 dollar (1.68%) artaraq bir barel üçün 98.82 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 7.40 dollar (7.1%) ucuzlaşaraq bir barel üçün 96.14 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 4.23 dollar (4.38%) ucuzlaşaraq bir barel üçün 92.37 dollara düşüb. Əvvəlki sessiyada WTI markalı xam neft 0.25 dollar (0.26%) bahalaşaraq bir barel üçün 96.6 dollara çatmışdı.
Mənbə
oxu.az