Dünya
Rayner Braun: "Almaniya tarixində görünməmiş miqyasda müharibəyə hazırlıq aparılır"
"Almaniya hazırda öz tarixində heç vaxt müşahidə olunmayan səviyyədə həyatın bütün sahələrini əhatə edən kütləvi hərbiləşdirmə prosesi aparır". Oxu.Az xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə Beynəlxalq Sülh Bürosunun sabiq həmsədri Rayner Braun deyib. Onun sözlərinə görə, məsələ təkcə hərbi büdcənin çoxaldılması ilə məhdudlaşmır. Eyni zamanda, səhiyyə sistemi, mülki müdafiə, təhsil müəssisələri və ekoloji proqramlar da müharibəyə hazırlıq prosesinə cəlb olunub. Mütəxəssis vurğulayıb ki, aparılan rəy sorğuları Almaniya vətəndaşlarının təqribən 35 faizinin silahlanma siyasətinə tənqidi yanaşdığını göstərir. Buna baxmayaraq, "müharibəyə hazır olmaq" ideyası cəmiyyət daxilində artıq kök salaraq müəyyən dərəcədə dəstəklənir.
Mənbə
oxu.az