Dünya

İsrail kəşfiyyatının rəhbəri BƏƏ-yə niyə gizli səfər edib?

26 May 2026, 10:28 3 baxış
İsrail kəşfiyyatının rəhbəri BƏƏ-yə niyə gizli səfər edib?
İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri David Zini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib və orada Qəzza zolağında Fələstin Milli Administrasiyasının (FMA) Preventiv Təhlükəsizlik Xidmətinin sabiq rəisi Məhəmməd Dahlan ilə görüş keçirib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Kan" dövlət teleradio şirkəti yayımlayıb. Qurum rəsmi səviyyədə idarə rəhbərinin BƏƏ-yə səfər etməsini və Fələstin qüvvələrinin nümayəndəsi ilə görüşməsini nə təsdiqləyib, nə də inkar edib. Bir müddət əvvəl "The Wall Street Journal" nəşri yazıb ki, ABŞ, İsrail və ərəb dövlətləri münaqişə bitdikdən sonra Qəzza zolağına rəhbərlik etmək üçün hazırda BƏƏ-də yaşayan Dahlanı hamı üçün uyğun kompromis fiqur kimi nəzərdən keçirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər