Dünya
Netanyahu Qüdsdə xəstəxanaya yerləşdirildi
İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə fəaliyyət göstərən tibb müəssisələrindən birinə yerləşdirilib. Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" İsrail hökumətinin rəsmi məlumatına istinadən informasiya yayıb. Yerli mətbuatın yazdığına görə, hazırda siyasətçiyə "konkretləşdirilməyən stomatoloji prosedur" tətbiq olunur. Yazıda qeyd olunur ki, ictimaiyyət çoxdan bəri Netanyahunun səhhəti ilə bağlı narahatdır. Məqalə müəlliflərinin sözlərinə görə, vətəndaşlar baş nazirin öz sağlamlıq durumu barədə tibbi faktları gizlətdiyindən şübhələnərək onu bu məsələdə qınayırlar. Xatırladaq ki, aprelin 24-də İsrail lideri prostat vəzisindəki bədxassəli şişin çıxarılması üçün cərrahi müdaxiləyə məruz qaldığını və əməliyyatın uğurla keçdiyini açıqlamışdı.
Mənbə
oxu.az