Dünya

Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib - VİDEO

26 May 2026, 09:40 2 baxış
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib - VİDEO
Çilinin mədən sənayesi mərkəzi olan Antofaqasta regionunda 6.8 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:52-də (Bakı vaxtı ilə 01:52-də - red.) baş verib. Zəlzələnin ocağı təxminən 140 min əhalisi olan Kalama şəhərindən 25 kilometr aralıda, 103 kilometr dərinlikdə yerləşib. Təbii fəlakət səbəbindən mis hasilatı ilə məşğul olan, dövlətə məxsus "Codelco" şirkəti mədənlərdə görmə məhdudiyyəti və elektrik enerjisinin kəsilməsi üzündən bəzi işləri dayandırmaq məcburiyyətində qalıb. Bununla belə, BHP və "Antofagasta" şirkətləri zəlzələnin onların fəaliyyətinə heç bir təsir göstərmədiyini bildiriblər. Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinin məlumatına görə, seysmik hadisə bəzi istehsalat sahələrində torpaq sürüşmələrinə səbəb olsa da, xəsarət alanlar və ya digər ciddi fövqəladə hallar barədə heç bir məlumat daxil olmayıb. Bundan əlavə, güclü təkanlar nəticəsində Kalama şəhərinin sakinləri elektrik enerjisiz və susuz qalıblar. Bölgənin digər infrastruktur obyektlərinə ziyan dəyməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər