Dünya
Misir nağd pul qıtlığı ilə üzləşib
Misir sakinləri və ölkənin qonaqları Qurban bayramı ərəfəsində bankomatlarda nağd pul qıtlığı ilə üzləşiblər. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Misirdə bayramla əlaqədar 26-31 may tarixlərində uzunmüddətli qeyri-iş günləri elan edilib. Artıq mayın 25-də paytaxt Qahirədə nağd pul çıxarmaqla bağlı ciddi çətinliklər yaranıb, bankomatların əksəriyyəti pulun olmadığı barədə bildirişlər göstərir. Daxilində nağd əskinas olan azsaylı bankomatların qarşısında isə uzun növbələr yaranıb. Mövcud vəziyyətlə bağlı Misir parlamentində hökumətdən və ölkənin Mərkəzi Bankından bu problemi ən qısa zamanda həll etmək tələb olunub.
Mənbə
oxu.az