Dünya
Uşaqlıq xəyalını 98 yaşında gerçəkləşdirdi: Britaniyalı qadın təyyarə qanadında uçaraq rekordlar kitabına adını yazdırdı
Britaniyalı Harri Hisman 98 yaşında biplan təyyarəsinin qanadı üzərində uçuş həyata keçirərək "Ginnesin Rekordlar Kitabı"na adını yazdırıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. Bildirilir ki, o, belə bir ekstremal sınaqdan keçməyi bacaran ən yaşlı şəxs kimi tarixə düşüb. Ahıl kişinin uçuşu təqribən 1 000 metr yüksəklikdə baş tutub və altı dəqiqə davam edib. Sınaq zamanı Hisman xüsusi dayağa söykənib və təhlükəsizlik kəmərləri ilə bərkidilib. Bu cəsarətli addımı sayəsində o, uşaqlarda onkoloji xəstəliklərlə mübarizə fonduna bir neçə min dollar vəsait toplamağa nail olub. Məlumata görə, qocalar evində yaşayan Harri Hisman orada fəaliyyət göstərən "arzuların həyata keçirilməsi proqramı" çərçivəsində təyyarə qanadında uçmaq kimi uşaqlıq xəyalını gerçəkləşdirmək qərarına gəlib. Uçuşa hazırlıq prosesində ona fizioterapevtlər kömək ediblər. Nəticədə, ahıl şəxs sərbəst şəkildə pilləkənlərlə qalxmağı bacarıb ki, bu da missiyanın yerinə yetirilməsi üçün çox vacib şərt idi. Qocalar evinin əməkdaşları Hismanı daim hərəkət etməyə və pilləkənlərlə qalxıb-düşməyə təşviq ediblər. Halbuki o, cəmi bir il əvvəl bunu təkbaşına edə bilmirmiş.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az