Dünya
ABŞ lideri son 13 ayda üçüncü dəfə tibbi müayinədən keçəcək
ABŞ Prezidenti Donald Tramp son 13 ay ərzində üçüncü dəfə tibbi müəssisəyə müraciət edəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məqalədə bildirilir ki, Donald Tramp çərşənbə axşamı tibbi və stomatoloji müayinədən keçmək üçün "Walter Reed" Tibb Mərkəzinə baş çəkəcək. Qeyd olunur ki, Tramp daha əvvəl 2025-ci ilin aprel və oktyabr aylarında da həkim müayinəsindən keçib. Nəşrin məlumatına görə, sonuncu ziyarət ABŞ liderinin ictimai tədbirlərdə göyərmiş və qızarmış dəri izləri ilə görünməsindən sonra baş tutub. 2025-ci ilin iyulunda isə Trampda xroniki venoz çatışmazlıq aşkarlandığı bildirilmişdi. Ağ Ev rəhbəri isə həm fiziki, həm də psixi baxımdan özünü əla hiss etdiyini bəyan edib.
Mənbə
oxu.az