Dünya

İran Hörmüz boğazı ilə bağlı qoyduğu yeni qaydaların detallarını açıqladı

26 May 2026, 01:36 2 baxış
İran Hörmüz boğazı ilə bağlı qoyduğu yeni qaydaların detallarını açıqladı
İran Hörmüz boğazından sadəcə keçidə görə gəmilərdən ödəniş tələb etmək niyyətində deyil. Lakin "əməliyyat xərcləri" dəniz təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və gəmiçiliyin idarə olunması ilə bağlı texniki xidmətləri əhatə edəcək. Oxu.Az "Tehran Times"a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bəyan edib. "Bu proses zamanı göstərilən xidmətlər, o cümlədən naviqasiyaya yardım və ətraf mühitin mühafizəsi tədbirləri xərclərin ödənilməsini tələb edir. Lakin bu, tranzit haqqının tətbiqi kimi şərh edilməməlidir", - deyə o bildirib. Diplomat vurğulayıb ki, İran və Oman iki sahilyanı dövlət olaraq Hörmüz boğazında təhlükəsizliyə görə əsas məsuliyyəti daşıyırlar və Avropanın boğazın idarə edilməsində mümkün iştirakı ilə bağlı məlumatları təkzib edib. Xatırladaq ki, mayın 18-də İran Hörmüz boğazını idarə edəcək dövlət agentliyinin yaradıldığını elan etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər