Dünya

Paşinyan Karapetyanı yenidən məhkəməyə verir

25 May 2026, 22:36 1 baxış
Paşinyan Karapetyanı yenidən məhkəməyə verir
Ermənistanın baş naziri Nikol Paşinyan "Güclü Ermənistan" partiyasının lideri, iş adamı Samvel Karapetyana qarşı məhkəmədə yeni iddia qaldırmaq qərarına gəlib. Oxu.Az "Armenpress" agentliyinə istinadən xəbər verir ki, buna Karapetyanın Paşinyanın Kanadada evinin olması ilə bağlı səsləndirdiyi iddia səbəb olub. "Kaluqalı iddia edib ki, guya mənim Kanadada evim var. Təbii ki, bu cəfəng bəyanata görə mən onu məhkəməyə verəcəyəm. Mənim bir evim var və o da Ermənistan Respublikasıdır. Mən heç vaxt başqa ev axtarmamışam və axtarmayacağam da", - deyə baş nazir "Facebook" səhifəsində paylaşdığı videoçarxda bildirib. Xatırlada ki, Paşinyan artıq mayın 7-də Karapetyana qarşı məhkəmə iddiası qaldırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər