Siyasət
BMT nümayəndəsi: "Sağlamlıq böhranını hədəfləyən yeni təşəbbüslər yaratmaq lazımdır"
"Biz çalışmalıyıq ki, müstəmləkə ölkələrinin problemləri ilə bağlı mümkün qədər çox insana təsir edə bilək". Oxu.Az xəbər verir ki, bunu BMT-nin Gənclər Məsləhət Şurasının üzvü Mariam Sayed Mohamed Abdelsalam Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu" mövzusunda təşkil etdiyi beynəlxalq konfransda deyib. O bildirib ki, internet vasitəsilə qlobal səviyyədə fəaliyyət göstərmək, təşkilatlarla, QHT-lərlə və digər beynəlxalq platformalarla əməkdaşlıq mümkündür: "Bu, məsələnin bir tərəfidir. İkinci tərəf isə real dəyişiklik yaratmaqdır. Yəni sağlamlıq böhranını birbaşa hədəfləyən və ona praktik şəkildə cavab verən yeni təşəbbüslər ərsəyə gətirmək lazımdır. Bu problemi həll etmək üçün hansı əməkdaşlıq forması bizə kömək edə bilər? Məncə, beynəlxalq əməkdaşlıq xüsusilə vacibdir. Çünki kolonializm və neokolonializmin təsirləri bu gün dünyanın bir çox ölkə və regionlarında hələ də hiss olunur. Hamımız oxşar ağrıları və travmaları yaşayırıq. Bununla belə, bəzi cəmiyyətlər bu problemləri aşmaq üçün uğurlu həll yolları tapa biliblər. Buna görə də bir araya gəlməli, birlikdə olmalı və müxtəlif xalqların tarixlərinin bu çətin dövrünü necə keçdiklərini öyrənməliyik".
Mənbə
oxu.az