Kriminal

Sumqayıtda yataqxanada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEO

07 May 2026, 18:56 1 baxış
Sumqayıtda yataqxanada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 6p.m. elektrik naqili yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar. Xəsarət alan olmayıb. Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər