Kriminal
Sabirabadda "Prado" qadını vuraraq öldürdü
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb. Belə ki, "Prado" markalı avtomobil yolu keçmək istəyən Qalağayın kənd sakini, 1956-cı il təvəllüdlü Püstəxanım Bahadır qızı Hüseynovanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az