Maraqlı

İnsanı depressiyaya sürükləyən gündəlik davranışlar

29 Sep 2026, 03:42 4 baxış
İnsanı depressiyaya sürükləyən gündəlik davranışlar
Rusiyalı psixoloq Sergey Lanq hansı davranış formalarının və gündəlik vərdişlərin insanı tədricən depressiv vəziyyətə sala biləcəyini açıqlayıb. Oxu.Az Aif.ru-ya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, əksər hallarda problem qəfil "çökmə" ilə yox, daxili motivasiyanın itirilməsi ilə başlayır. İnsan hər hansı bir şeyi dəyişmək istəyindən məhrum olur, ətalətlə hərəkət etməyə başlayır və zaman keçdikcə öz laqeydliyinin içində daha çox boğulur. Lanq məsələnin görünməyən tərəflərinə, gizli siqnallara diqqət çəkib. Bunlardan biri də əvvəllər insana müəyyən qədər məmnunluq gətirən işlərlə məşğul olmaqdan davamlı şəkildə boyun qaçırmaqdır. Ekspert vəziyyəti belə izah edib: "Bununla da hər şey başlayır: "İdman zalına getmək istəmirəm", "Bazar ertəsi işə getmək həvəsim yoxdur". Fərd öz həyatında olanlara qarşı sevgisizlik nümayiş etdirməyə başlayır - "dostlarla ünsiyyəti sevmirəm", "idmanı sevmirəm", "işimi sevmirəm", "dostlarım məni başa düşmür", "valideynlərim məni yorur" və sairə. Şəxs onu əhatə edən hər şeyi inkar edərək yaşamağa başlayır". Psixoloq həmçinin xəbərdarlıq edib ki, depressiya əksər hallarda yavaş-yavaş formalaşır: insan illərlə problemləri yığa, onları həll etmək və şəxsi həyatını qaydaya salmaq üçün heç bir cəhd göstərməyə bilər. Mütəxəssis bildirib ki, bütün bu proseslər məhz depressiya ilə nəticələnə bilər.
İnsanı depressiyaya sürükləyən gündəlik davranışlar
Mənbə oxu.az

Oxşar Xəbərlər