Dünya
Toyuq yumurtalarını bişirməzdən əvvəl yumaq lazımdırmı? - Həkimdən açıqlama
Toyuq yumurtalarını yeməkdə istifadə etməzdən əvvəl yumaq lazımdırmı? Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya 1" telekanalında yayımlanan "Ən vacib şey haqqında" verilişində açıqlama verib. Studiyadakı izləyicilərdən biri həkimə bununla bağlı sual ünvanlayıb və yumurtanı bişirməzdən əvvəl yumağın vacib olduğu qənaətində olduğunu bildirib. "Nəyi yumaq lazımdır ki? Əgər siz onu qabıqlı halda qaynamağa atırsınızsa, müvafiq olaraq, yumaq da lazım deyil. Əgər qayğanaq bişirirsinizsə, əgər qabıq oraya düşməyibsə...", - deyə Aleksandr Myasnikov fikrini ifadə edib. O, həmçinin etiraf edib ki, özü heç vaxt yumurtanı yumur. Aleksandr Myasnikov eyni zamanda qeyd edib ki, yumurtaları yumaqdan imtina tamamilə məqbuldur, çünki sağlamlıq üçün təhlükə yaradan salmonella bakteriyası, bir qayda olaraq, yumurtanın içində olur. Mütəxəssis vurğulayıb ki, məhsulun tam təhlükəsizliyinə isə yüksəkkeyfiyyətli istilik emalı zəmanət verə bilər.
Mənbə
oxu.az