Dünya

Niderlandda ilk dəfə iki yaşlı uşağa evtanaziya tətbiq edildi

29 Sep 2026, 05:00 2 baxış
Niderlandda ilk dəfə iki yaşlı uşağa evtanaziya tətbiq edildi
Niderlandda ilk dəfə iki yaşlı oğlan uşağına evtanaziya tətbiq olunub. Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, iki yaşlı uşaq hamiləliyin 26-cı həftəsində doğulub və bir sıra ağır xəstəliklərdən əziyyət çəkib. Uşaqda serebral iflic və beyin fəaliyyətində pozuntular aşkarlanıb. O, normal nəfəs ala və görə bilməyib, həmçinin epileptik tutmalardan əziyyət çəkib. Həkimlərlə uzun sürən məsləhətləşmələrdən sonra uşağın valideynləri çətin qərar qəbul ediblər. Belə ki, müalicənin uşağın vəziyyətinə kömək edə bilməyəcəyi qənaətinə gəlinib. "Məlumata görə, bütün tibbi və qeyri-tibbi tədbirlərə baxmayaraq, valideynlər və həkim uşağın vəziyyətində hər hansı yaxşılaşma müşahidə etməyiblər və onun dözülməz əzab çəkdiyinə əmin olublar", - deyə məlumatda qeyd olunur. Qeyd edək ki, Niderlandda 1 yaşdan 12 yaşadək ölümcül xəstə uşaqlar üçün həyatın sonlandırılmasına imkan verən xüsusi qaydalar 2024-cü ildən qüvvədədir. Bu prosedur yalnız uşağın dözülməz əzab çəkdiyi, vəziyyətinin yaxşılaşması üçün perspektiv olmadığı və tibbi baxımdan məqbul alternativin mövcud olmadığı hallarda həyata keçirilə bilər. Valideynlərin razılığı və digər tibbi prosedurlar da tələb olunur.
Niderlandda ilk dəfə iki yaşlı uşağa evtanaziya tətbiq edildi
Mənbə oxu.az

Oxşar Xəbərlər