Kriminal
Sabirabadda ağır qəza: ölən var
Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
Axar.az xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
Sabirabad şəhər sakini, 1980-ci il təvəllüdlü Samir Alməmməd oğlu Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada – Sabirabad rayonunun Qalağayın kənd sakini, 1956-cı il təvəllüdlü Püstəxanım Bahadur qızı Hüseynovanı vurub.
Ağır xəsarətlər alan piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az