Dünya
Konqoda məmur qadını Ebola xəstəliyinə görə döyərək öldürdülər
Konqo Demokratik Respublikasında hakim partiyanın yüksəkvəzifəli üzvü Ebola qızdırmasının qarşısının alınması tədbirlərini dəstəklədikdən sonra qonşuları tərəfindən döyülərək öldürülüb. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Hadisə sentyabrın 27-də xəstəliyin yayılma episentrlərindən biri olan Şimali Kivu əyalətində baş verib. Mari-Selesten Karondva hakim "Demokratiya və Sosial Tərəqqi Uğrunda Birlik" partiyasının yerli komitəsinə rəhbərlik edib. Partiyanın regional bölməsinin məlumatına görə, hücum qadının radio efirində virusun profilaktikası ilə bağlı çağırış etməsindən sonra baş verib. Hücum edənlər siyasətçini döyüb, əmlakını talan edib və evini yandırıblar. Qadın aldığı xəsarətlərdən ölüb. Xatırladaq ki, avqustun 18-də Konqo Demokratik Respublikasında qəsəbə sakinləri Ebola xəstəsinin xəstəxanaya köçürülməsinə qərar verildikdən sonra yolları bağlayaraq təcili yardım maşınlarına və tibb işçilərinə hücum etmişdilər. Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə Ebola qızdırmasından ölənlərin sayı 3 901 nəfərə çatıb. Təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 8 060-
Mənbə
oxu.az