Kriminal
Biləsuvarda DƏHŞƏT: İki gənc BIÇAQLANDI
Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Belə ki, Biləsuvar şəhər sakinləri - 2003-cü il təvəllüdlü Kənan Ramil oğlu Rəhimli və 2006-cı il təvəllüdlü Tərlan Niyaməddin oğlu Şahbazov bıçaqlanıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Boğaz nahiyəsindən ağır bıçaq xəsarəti alan K.Rəhimli dərhal reanimasiya şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər