Kriminal

Məhkəmə "Karaca Group"u cərimələdi

06 May 2026, 15:38 1 baxış
Məhkəmə "Karaca Group"u cərimələdi
"Karaca Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Nərimanov rayonunda yerləşən "Karaca" qab-qacaq satışı mağazası barəsində inzibati protokol yazılıb. Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən MMC-yə məxsus mağazada yoxlama aparılıb. MMC-yə məxsus "Karaca" qab-qacaq satışı mağazasında aparılan yanğın texniki müayinə zamanı məlum olub ki, yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulub. MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol yazılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 350 manat cərimə edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər