Digər

Ukrayna 9 mayda atəşkəsə əməl etməyəcək - Stepanenko

06 May 2026, 12:58 1 baxış
Ukrayna 9 mayda atəşkəsə əməl etməyəcək - Stepanenko

Ukrayna Silahlı Qüvvələri 9 mayda atəşkəsə əməl etməyəcək.


Axar.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müşaviri Sergey Stepanenko deyib.


“Ruslar atəşkəsi pozaraq Ukraynaya bir sıra hücumlar etdilər. Bu hərəkətlər Vladimir Putinin 9 may üçün elan etdiyi atəşkəsi ləğv edir”, - Stepanenko bildirib.


Qeyd edək ki, Rusiya Qələbə gününə görə 8 və 9 may tarixləri üçün birtərəfli qaydada atəşkəs elan edib. Ukrayna isə atəşkəsə 6 maydan başlanılması barədə qərarını elan edib.


Bu gün Rusiya Ukrayna tərəfinin elan etdiyi atəşkəsə məhəl qoymadan hücuma keçib.

Mənbə axar.az

Oxşar Xəbərlər