Digər
Türkiyə şərtləri açıqladı: sərhəd nə vaxt açılır?
Ermənistanla Türkiyə arasında sərhədin açılması məsələsi, demək olar ki, hazır nöqtəyə gəlib, lakin tamamlanmalı bir sıra bürokratik və texniki işlər var.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç jurnalistlərə açıqlamasında deyib.
“Fiber-optik kabellər çəkilməlidir. Təhlükəsizlik və gömrük əməkdaşları yerləşdirilməlidir. Bütün bunlar həyatta keçirilmədən sadəcə “sərhədi açdım” demək düzgün olmaz”, – o əlavə edib.
Kılıç bildirib ki, hazırlıqlar tamamlanmadan sərhədin açılması yalnız formal addım kimi görünə bilər.
Mənbə
axar.az