Digər

Ukrayna Rusiya ilə atəşkəs istəyir - Budanov

05 May 2026, 23:14 1 baxış
Ukrayna Rusiya ilə atəşkəs istəyir - Budanov

Ukrayna insanların həyatını qorumaq və təhlükəsizliyi bərpa etmək üçün Rusiya ilə atəşkəs istəyir. Əgər atəşkəs qarşılıqlı olarsa, uzadıla bilər.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Teleqramda yazıb.


O bildirib ki, rəsmi Kiyevin təklif etdiyi atəşkəs Ukraynanın sülhün bərqərar olmasına dair səmimi istəyindən xəbər verir.


“Konkret bir tarixlə bağlı deyil, həyatların qorunması və təhlükəsizlik naminə. Əgər Prezidentin elan etdiyi atəşkəs qarşılıqlı olarsa, biz onu davam etdirəcəyik və bu, kiçik olsa belə, bizə davamlı sülhün bərqərar olmasına ümid verəcək”, - deyə o vurğulayıb.


Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyi Prezident Vladimir Putinin Qələbə Günü münasibətilə mayın 8-ni və 9-unu Ukrayna ilə birtərəfli atəşkəs barədə əmr verdiyini açıqlayıb. Bu addım Ukrayna ilə koordinasiya edilmədən atılıb. Bununla yanaşı, bayram tədbiri hücumlarla pozulacağı təqdirdə, Kiyevin mərkəzinə raket zərbəsinin endiriləcəyi diqqətə çatdırılıb.


Ukrayna Prezidenti Vladimir Zelenski isə Teleqram səhifəsində daha erkən - mayın 5-dən 6-na keçən gecədən (00:00-dan) Ukrayna tərəfdən atəşkəs olacağını elan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər