Digər
Lavrov və Rubio ikitərəfli əlaqələri müzakirə etdi
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Tərəflər beynəlxalq məsələlərdə və Rusiya-Amerika münasibətlərində mövcud vəziyyəti, həmçinin ikitərəfli əlaqələrin cədvəlini müzakirə ediblər", - deyə bildirilib.
Nazirlik söhbətin konstruktiv və işgüzar xarakter daşıdığını vurğulayıb.
Mənbə
axar.az