Digər
Zaporojyeyə zərbə: 12 nəfər öldü
Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinə 4 idarəolunan aviasiya bombası və dronlarla hücum edib. Ölənlərin sayı 12-yə çatıb, 16 nəfərin yaralandığı bildirilir.
Axar.az xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov Teleqram kanalında məlumat verib.
Bildirilib ki, xilasedicilər zərbə endirilən yerlərdə baş vermiş bütün yanğın ocaqlarını söndürüblər.
Hadisə yerlərində bütün operativ xidmətlər fəaliyyət göstərir, qəza-xilasetmə işləri davam edir.
Mənbə
axar.az