Digər

Kramatorska zərbə nəticəsində 5 nəfər öldü - Zelenski

05 May 2026, 21:56 1 baxış
Kramatorska zərbə nəticəsində 5 nəfər öldü - Zelenski

Bu gün Rusiya qoşunları tərəfindən Ukraynanın Kramatorsk şəhərinin bombardman edilməsi zamanı 5 nəfər ölüb.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X sosial şəbəkəsində bildirib.


"Donetsk vilayətinin Kramatorsk şəhərində Rusiyanın aviabombalarla zərbə endirdiyi ərazidə xilasetmə əməliyyatı davam edir. Zərbə birbaşa şəhərin mərkəzinə endirilib. Hazırda azı beş nəfərin yaralandığı və beş nəfərin həlak olduğu məlumdur. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Təəssüf ki, qurbanların sayı arta bilər", - o yazıb.

Mənbə axar.az

Oxşar Xəbərlər