Digər
1532-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1532-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 142 247 PUA-sı, 658 zenit-raket kompleksi, 29 177 tank və digər zirehli texnikası, 1 714 reaktiv yaylım atəş sistemi, 34 777 artilleriya və minaatanı, 60 865 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az