Digər
Fransa hərbçiləri təlim zamanı öldü
Fransada iki hərbçi Men çayında dayvinq zamanı baş verən bədbəxt hadisə nəticəsində həlak olub.
Axar.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Hadisə Anje şəhərində təlimlər zamanı baş verib.
24 və 30 yaşlı dalğıclar sualtı üzgüçülük üzrə hərbi təlimlərdə iştirak edirdilər.
İlkin məlumata görə, hər iki dalğıc çay üzərindəki körpü dayağının boşluğunda ilişib qalıb.
Mənbə
axar.az