Digər

Qazaxıstanda zavodda güclü partlayış: ölənlər var - Video

05 May 2026, 13:28 1 baxış
Qazaxıstanda zavodda güclü partlayış: ölənlər var - Video

Bu gün Qazaxıstanın Ust-Kamenoqorsk şəhərindəki "Kaztsink" metallurgiya zavodunun ərazisində güclü partlayış baş verib.


Axar.az xəbər verir ki, bu barədə şirkət özünün İnstaqram səhifəsində məlumat yayıb


İlkin məlumata görə, 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb:


"Tüstüsoran cihazın təmizlənməsi işləri zamanı partlayış, ardınca yanğın baş verib və konstruksiya qismən uçub. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir".


Şirkət əlavə edib ki, təcili yardım xidmətləri hadisə yerində çalışır və nəticələrin aradan qaldırılması işləri aparılır.


Hərtərəfli və obyektiv araşdırma aparılması üçün xüsusi komissiya yaradılıb. Hadisənin səbəbləri və şəraiti araşdırmadan sonra müəyyən ediləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər