Digər
Rusiyadan sonra Ukrayna da atəşkəs elan etdi
Bu günə qədər Rusiya sosial mediasında yayıldığı kimi, hərbi əməliyyatların dayandırılması ilə bağlı Ukraynaya rəsmi sorğu daxil olmayıb. Biz hesab edirik ki, insan həyatı istənilən ildönümünün “qeyd edilməsindən” müqayisəolunmaz dərəcədə daha dəyərlidir. Buna görə də, mayın 5-dən 6-na keçən gecə 00:00-dan atəşkəs elan edirik.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram hesabında yazıb.
Zelenski qeyd edib ki, atəşkəsin həmin müddət ərzində təmin olunması realdır:
“Biz də həmin andan etibarən eyni şəkildə hərəkət edəcəyik".
Qeyd edək ki, ötən gün Rusiya 8-9 mayda atəşkəs elan edib.
Mənbə
axar.az