Dünya
Avropa İttifaqından kənar texnologiyalardan imtina: Fransa yeni rəqəmsal strategiyasını açıqladı
Fransa Avropa İttifaqından (Aİ) kənar ölkələrdən "Windows" və digər texnologiyalardan imtina etməklə rəqəmsal suverenliyin təmin olunması prosesini sürətləndirmək niyyətindədir. Oxu.Az xəbər verir ki, bu barədə Fransanın İdarələrarası Rəqəmsal İdarəetmə Qurumu (DINUM) məlumat yayıb. "İş proseslərindəki dəyişikliklərə gəldikdə, DINUM əməliyyat sisteminin "Windows"dan "Linux"a keçidini elan etdi", - deyə məlumatda bildirilib. Qeyd olunub ki, "Linux" şirkəti Fransanın açıq mənbə kodlu əməliyyat sistemidir. İddia olunur ki, "Linux"a keçid Fransanı xarici mənbələrdən rəqəmsal asılılığın azaldılmasına yaxınlaşdıracaq. Planın cari ilin payızında həyata keçirilməsi gözlənilir. Keçidə hazırlıq çərçivəsində iş stansiyalarının, birgə iş üçün alətlərin, antivirus proqram təminatının, süni intellektin və verilənlər bazasının seçimi müəyyən edilməlidir. Təşəbbüsə artıq Fransanın Müəssisələrin Baş İdarəsi (DGE), Milli Kibertəhlükəsizlik Agentliyi (ANSSI) və Dövlət Satınalmaları İdarəsi (DAE) qoşulub.
Mənbə
oxu.az