İdman

Novak Cokoviç karyerasını bitirəcəyi tarixi açıqladı

10 Apr 2026, 19:36 1 baxış
Novak Cokoviç karyerasını bitirəcəyi tarixi açıqladı
Dünya tennisinin əfsanəvi simalarından olan Novak Cokoviç karyerası ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib. Oxu.Az xəbər verir ki, məşhur idmançı 2028-ci ildə baş tutacaq Los-Anceles Olimpiadasına qədər mübarizəni davam etdirmək niyyətində olduğunu və məhz bu mötəbər yarışdan sonra peşəkar idmanla vidalaşa biləcəyini vurğulayıb: "Həyatım və peşəkar karyeram ərzində daim dəqiq planlar əsasında hərəkət etmişəm, məqsədlərimi və onlara çatmaq yollarını müəyyənləşdirmişəm. Özüm üçün mümkün olan bütün zirvələri hədəfləmişəm. 2028-ci il Olimpiadasını xüsusi qeyd edirəm, çünki kortlarda daha çox qalmaq və karyeramı məhz Olimpiya Oyunlarında, əlimdə Serbiya bayrağını tutaraq yekunlaşdırmaq arzusundayam. Bu, həqiqətən də, möhtəşəm bir sonluq olardı. Düzünü desəm, o vaxta qədər formada qalıb-qalmayacağımı dəqiq bilmirəm. Çünki məndən asılı olmayan müxtəlif amillər mövcuddur. Buna baxmayaraq, həm fiziki, həm də psixoloji cəhətdən özümü maksimum dərəcədə sağlam saxlamağa çalışıram", - deyə idmançı qeyd edib. Xatırladaq ki, karyerası ərzində Novak Cokoviç 24 dəfə "Böyük Dəbilqə" turnirlərinin qalibi olub və ümumilikdə 101 ATP titulu qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər