İdman

"Real Madrid" düşərgəsində QALMAQAL: Alvaro Arbeloa ilə gənc müdafiəçi arasında münaqişə

10 Apr 2026, 17:48 1 baxış
"Real Madrid" düşərgəsində QALMAQAL: Alvaro Arbeloa ilə gənc müdafiəçi arasında münaqişə
"Real Madrid" düşərgəsində gözlənilməz qalmaqal baş verib. Komandanın baş məşqçisi Alvaro Arbeloa ilə gənc müdafiəçi Raul Asensio arasında ciddi münaqişə yaşanıb. Oxu.Az-ın İspaniyanın nüfuzlu "AS" nəşrinə istinadən verdiyi məlumata görə, tərəflər arasında gərginlik martın 11-də baş qaldırıb. Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Mançester Siti"yə qarşı keçirilən ilk matçda start heyətində yer almadığını öyrənən Asensio qərara sərt reaksiya verib. Gənc futbolçu məhz belə güclü rəqiblə qarşılaşmada ilk dəqiqələrdən meydana çıxmağa tam layiq olduğunu iddia edib. Mənbə bildirir ki, ispan müdafiəçi narazılığını birbaşa Arbeloaya bildirib, baş məşqçi isə bu addımı kobud intizamsızlıq kimi qiymətləndirib. Gərgin keçən dialoq zamanı 23 yaşlı oyunçu komanda yoldaşlarının yoxluğu səbəbindən əvvəllər dəfələrlə zədəli halda fədakarlıq edərək meydana çıxdığını da xüsusi vurğulayıb. Hadisədən sonra Asensionun baş məşqçidən rəsmən üzr istəməsinə baxmayaraq, onun yenə də yaşıl meydanda şans qazanmadığı qeyd olunur. Yaranmış bu vəziyyət fonunda "Real Madrid" akademiyasının yetirməsi olan futbolçunun klubdakı gələcək karyerası böyük sual altındadır. Xatırladaq ki, cari mövsümdə Raul Asensio "Real Madrid" forması ilə çıxış etdiyi bütün turnirlərdə ümumilikdə 30 matça çıxaraq iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər