Dünya
Fransada hərbi təyyarə qəzaya uğrayıb
Fransa Hərbi Hava Qüvvələrinə məxsus yüngül təyyarə ölkənin cənub-şərqində təlim uçuşu zamanı qəzaya uğrayıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Parisien" qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat verib. "Cirus SR-20" təyyarəsi Alp dağlarının Yuxarı Provans ərazisində qəzaya uğrayıb. Hər iki pilot yaralanıb və onlar xəstəxanaya çatdırıblar", - deyə məlumatda bildirilib.
Mənbə
oxu.az