Dünya

KİV: Avropa ölkələrinin İrana qarşı əməliyyatdan imtinası NATO daxilində parçalanma yaradıb

10 Apr 2026, 14:20 1 baxış
KİV: Avropa ölkələrinin İrana qarşı əməliyyatdan imtinası NATO daxilində parçalanma yaradıb
Avropa İttifaqı (Aİ) ölkələrinin İrana qarşı əməliyyatda ABŞ-yə hərbi bazalar verməkdən imtina etməsi NATO daxilində parçalanmaya səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri diplomatik mənbələrə istinadən xəbər yayıb. Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp son günlər Avropadakı müttəfiqləri, o cümlədən Böyük Britaniyanı İrana qarşı müharibəyə qoşulmaqdan imtina etdiklərinə görə kəskin tənqid atəşinə tutub. Məlumata görə, bütün Aİ ölkələri İrana qarşı döyüş əməliyyatlarında iştirak etməkdən boyun qaçırıblar. Cavab olaraq ABŞ lideri Avropa müttəfiqlərini qorxaq adlandırıb və "bunu yadda saxlayacağına" söz verib. O, həmçinin NATO-nu tənqid edərək alyansın fəaliyyətindən narazılığını gizlətməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər