Dünya

İranda qatarların fəaliyyəti bərpa olundu

10 Apr 2026, 13:16 1 baxış
İranda qatarların fəaliyyəti bərpa olundu
ABŞ və İsrailin İrana hücumları səbəbindən qatarların fəaliyyəti dayandırılmış Tehran və Məşhəd arasındakı dəmir yolu xəttində hərəkət bərpa olunub. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim News Agency" məlumat yayımlayıb. Marşrutun Rey-Bəhram istiqaməti üzrə tam şəkildə işə düşdüyü vurğulanıb. Xatırladaq ki, ABŞ və İsrail tərəfindən İranın infrastrukturuna edilən hücumlar səbəbindən 7 aprel tarixində ölkənin bir çox ərazilərində dəmir yolu əlaqəsi müvəqqəti olaraq məhdudlaşdırılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər