Dünya

ABŞ-ni narahat edəcək GÖRÜŞ - Çin lideri Tayvanın müxalifət lideri ilə bir arada

10 Apr 2026, 13:48 1 baxış
ABŞ-ni narahat edəcək GÖRÜŞ - Çin lideri Tayvanın müxalifət lideri ilə bir arada
Çin Xalq Respublikasının Sədri Si Cinpin Tayvanın ən böyük müxalifət qüvvəsi olan Kuomintang partiyasının (KMT) rəhbəri Çenq Li-vun ilə tarixi görüş keçirib. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Çıxışı zamanı Çin lideri bildirib ki, Tayvanda yaşayanlar Çin millətinə mənsubdur: "Beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Tayvan boğazının hər iki sahilindəki insanların yaxınlaşma tendensiyası dəyişməz qalacaq". Çenq Li-vun da öz növbəsində bildirib ki, gələcəkdə Tayvan boğazı potensial münaqişə ocağı olmaqdan çıxacaq və kənar müdaxilələr üçün şahmat taxtasına çevrilməyəcək. Məqalədə qeyd olunub ki, bununla da o, ABŞ-ni Tayvan və Çin arasındakı əlaqələrə qarışmaqda günahlandıran Pekinin bəyanatlarını təkrarlamış olub. Xatırladaq ki, martın 5-də Çin Tayvanın müstəqilliyini dəstəkləyənlərə qarşı qətiyyətli zərbələr endirəcəyini vəd edib. Bildirilir ki, Pekin həmçinin ada ilə münasibətlərin inkişafına təkan verəcək və bununla yanaşı yenidən birləşmə təklifini irəli sürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər