Dünya
Polşada ABŞ-nin hərbi kontingentinin sayı artırılır
Polşa öz ərazisində yerləşən ABŞ hərbi kontingentinin sayının artırılacağına ümid edir. Oxu.Az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib: "NATO-nun şərq cinahında mövcudluğun gücləndirilməsi məsələsində ABŞ ilə çoxdan danışıqlar aparılır. Yaxın Şərqdəki vəziyyət bir neçə ay ərzində hazırlanan planın həyata keçirilməsinə maneə deyil". Qeyd edək ki, hazırda Polşada təxminən 10 min ABŞ hərbi qulluqçusu yerləşdirilib.
Mənbə
oxu.az