Dünya
Yaxın günlərdə Yer kürəsini maqnit qasırğaları bürüyəcək - FOTO
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mütəxəssisləri yaxın günlərdə geomaqnit şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq ediblər. Bu barədə Oxu.Az KP.ru-ya istinadən xəbər verir.
Proqnoza əsasən, cümə günündən bazar gününə qədər, 10-12 aprel tarixlərində Yer kürəsində 90% ehtimalla maqnit qasırğaları və dalğalanmalar gözlənilir. Buna səbəb Günəşdə qeydə alınan orta ölçüdə tac dəliyidir. Laboratoriya izah edib ki, Günəş strukturunun Yerə təsirinin ilk əlamətləri aprelin 10-da səhər saat 6-9 arasında (Bakı vaxtı ilə 7-10 arası) görünməli idi. Lakin alimlərin qeyd etdiyi kimi, hələ ki bu baş verməyib.

Mənbə
oxu.az