İdman
"Barselona" - "Atletiko Madrid" matçının hakiminə AĞIR CƏZA
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan "Barselona" - "Atletiko Madrid" oyununun baş hakimi İştvan Kovaç barədə qərar verilib. Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, rumıniyalı referi mövsümün sonuna qədər Çempionlar Liqası matçlarına təyinat almayacaq. Xatırladaq ki, oyundan sonra "Barselona" tərəfi baş hakimin qərarlarından UEFA-ya şikayət məktubu yollamışdı. Qeyd edək ki, "Barselona" və "Atletiko Madrid" arasındakı ilk matç Madrid təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Mənbə
oxu.az