Dünya
Meksikada neft emalı zavodunda güclü yanğın - VİDEO
Meksikanın cənub-şərqindəki "Olmeca Dos Bocas" neft emalı zavodunda güclü yanğın baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə Argentinanın "Infobae" xəbər portalı dövlət neft şirkəti "Petroleos Mexicanos"un mətbuat xidmətinə istinadən məlumat yayıb.
Yanğın neft koksu anbarında baş verib. Şahidlərin sözlərinə görə, zavoddan bir neçə kilometr aralıda qatı qara tüstü görünüb. Bölgədəki bütün təcili yardım xidmətləri yanğının söndürülməsinə cəlb olunub. İlkin məlumatlara görə, itki yoxdur. Neft emalı zavodu Tabasko ştatında, təxminən 100 min əhalisi olan Paraiso şəhəri yaxınlığında yerləşir.

Mənbə
oxu.az