İdman

Misli Premyer Liqası: Bu gün "Karvan-Yevlax" - "Kəpəz" matçı keçiriləcək

10 Apr 2026, 09:00 1 baxış
Misli Premyer Liqası: Bu gün "Karvan-Yevlax" - "Kəpəz" matçı keçiriləcək
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVII tura start verilir. Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək. Günün yeganə matçında "Karvan-Yevlax" doğma meydanda "Kəpəz"i qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşma saat 15:30-da start götürəcək. Qeyd edək ki, Yevlax təmsilçisi 26 turdan sonra cəmi 8 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. "Kəpəz" klubu isə 21 xalla 10-cu yerin sahibidir. 10 aprel 15:30. "Karvan-Yevlax" - "Kəpəz" Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev VAR: Emin Əliyev AVAR: Elçin Məsiyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Novruz Əzimov Məkan: Yevlax şəhər stadionu.
Mənbə oxu.az

Oxşar Xəbərlər