Dünya
Dünyanın ən hündür yaşayış olmayan binası: 18 il sonra tikintisi başa çatır - FOTO
Çində tikintisi 18 ildir davam edən və 596 metr hündürlüyü ilə dünyanın ən hündür binalarından biri olacağı gözlənilən "Goldin Finance 117" göydələnində işlər başa çatmaq üzrədir. Oxu.Az xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb. "Ginnesin Rekordlar Kitabı"na əsasən, Tyantszin şəhərində ucalan bu göydələn dünyanın ən hündür yaşayış olmayan (boş) binasıdır. Martın sonlarında inşaatçılar binanın zirvəsində 7.6 tonluq rombvari tacın quraşdırılmasına başlayıblar. Bu, ötən ilin aprelində tikintinin bərpasından sonra ən əhəmiyyətli mərhələ hesab olunur.
{{gallery}} 128 mərtəbədən ibarət göydələnin təməli 18 avqust 2008-ci ildə qoyulub. Memarlar binanı küləklərdən və zəlzələlərdən qorumaq üçün "meqakolonlar" (nəhəng sütunlar) və xüsusi fermlər sistemindən istifadə edərək unikal mühəndislik konstruksiyası yaradıblar. Artıq qüllənin icarə prosesi də yekunlaşıb. Bina üçün 7-si dövlət, 10-u isə özəl olmaqla, ümumilikdə 17 şirkət müraciət edib. Yaxın vaxtlarda göydələnin tam istifadəyə verilməsi planlaşdırılır.

Mənbə
oxu.az