Dünya

"Ginnes" rekordçusu: Dünyanın ən yaşlı quşu öldü

10 Apr 2026, 02:24 1 baxış
"Ginnes" rekordçusu: Dünyanın ən yaşlı quşu öldü
ABŞ-də dünyanın ən qoca göyərçini hesab edilən "Şuqar" 44 yaşında həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə "OC" nəşri nəlumat yayıb.

23 iyun 1981-ci ildə dünyaya gələn ağ rəngli quş, ümumilikdə 44 il 72 gün ömür sürüb. Bu göstərici göyərçinlərin orta yaşama müddətindən (təxminən 20 il) iki dəfədən də çoxdur. "Şuqar" qəfəsdə yaşayan ən uzunömürlü göyərçin statusu ilə adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb. Quşun sahibi, 77 yaşlı Dueyn Orender onunla çox yaxın dost olduqlarını bildirib. Onlar birlikdə musiqi dinləyib, televiziya izləyiblər. Sahibi evdə olmayanda göyərçinin yemək yemədiyi və qəfəsin küncünə qısılaraq onun yolunu gözlədiyi qeyd olunur. Orender quşun 50 illik yubileyini təntənəli şəkildə qeyd etməyi ümid etsə də, rekordçu göyərçin Pasxa bayramı günündə tələf olub.
"Ginnes" rekordçusu: Dünyanın ən yaşlı quşu öldü "Ginnes" rekordçusu: Dünyanın ən yaşlı quşu öldü
Mənbə oxu.az

Oxşar Xəbərlər