Dünya
İsrail və Livan arasında danışıqların vaxtı və yeri AÇIQLANDI
İsrail və Livan arasında "Hizbullah"ın tərksilahı ilə bağlı danışıqların aprelin 14-də Vaşinqtonda keçirilməsi planlaşdırılır. Oxu.Az "The Jerusalem Post" nəşrinə istinadən xəbər verir ki, bu barədə mənbə məlumat yayıb. Görüşdə İsrailin ABŞ-dəki səfiri Yehiel Leyter və Livanın Vaşinqtondakı səfiri Nada Həmədə-Muavad iştirak edəcəklər. Danışıqlarda vasitəçi qismində ABŞ-nin Livandakı səfiri Mişel İssa çıxış edəcək və görüş ABŞ Dövlət Departamentində baş tutacaq. Bildirilib ki, hazırda İsrail ilə "Hizbullah" arasında atəşkəs qüvvədə deyil. İsrail qüvvələrinin yaxın müddətdə Livanda qalacağı da qeyd olunur. Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu Livanla birbaşa danışıqlara mümkün qədər tez başlanmasını tapşırıb. ABŞ Prezidenti Donald Tramp isə aprelin 7-də İranla ikihəftəlik atəşkəs elan edib.
Mənbə
oxu.az