İdman

"Çelsi"nin futbolçusu üzr istədi - SƏBƏB

10 Apr 2026, 00:00 1 baxış
"Çelsi"nin futbolçusu üzr istədi - SƏBƏB
"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes "Real Madrid"ə keçmə ehtimalı ilə bağlı açıqlamalarına görə klub rəhbərliyindən və komanda yoldaşlarından üzr istəyib. Oxu.Az xəbər verir ki, bu barədə "Top Mercato" futbolçunun agenti Xavyer Pastoreyə istinadən məlumat yayıb. "Nə olubsa, olub. Biz oyunçuya başa saldıq ki, o, pis bir şey etməsə də, belə danışmamalı idi. Fernandesin cəmi 25 yaşı var, hələ çox şey öyrənməlidir", - deyə agent bildirib. Onun sözlərinə görə, futbolçu klub rəhbərliyi, baş məşqçi, idman direktoru və komanda yoldaşları qarşısında üzr istəyib. Qeyd edək ki, aprelin 3-də "Çelsi"nin baş məşqçisi Liam Rosenyor futbolçunun açıqlamalarını "həddi aşmaq" kimi qiymətləndirib və onu iki oyunluq heyətdən kənarlaşdırıb. Münaqişə futbolçunun müsahibəsində Madriddə yaşamaq istədiyini deməsindən sonra yaranıb. KİV-də onun "Real Madrid"ə keçməyi düşündüyü də bildirilirdi. İnsayder Fabrisio Romano isə sosial şəbəkədə qeyd edib ki, Madrid klubu ilə bağlı suala cavab verərkən futbolçu sadəcə gülümsəyib. Cari mövsümdə 25 yaşlı yarımmüdafiəçi İngiltərə klubunun heyətində bütün turnirlərdə 46 oyunda iştirak edib, 12 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Fernandesin "Çelsi" ilə müqaviləsi 2032-ci ilə qədər qüvvədədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər