Dünya

AYİB Azərbaycan da daxil olmaqla Yaxın Şərqdə müharibədən zərər görən ölkələrə 5 milyard avro ayıracaq

09 Apr 2026, 22:24 1 baxış
AYİB Azərbaycan da daxil olmaqla Yaxın Şərqdə müharibədən zərər görən ölkələrə 5 milyard avro ayıracaq
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2026-cı ildə Yaxın Şərqdəki münaqişədən zərər görən ölkələrin iqtisadiyyatına dəstək məqsədilə 5 milyard avro ayırmağı planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilib. Məlumata görə, AYİB münaqişədən zərər çəkən ölkələrə və dolayı təsirlərlə üzləşən qonşu dövlətlərə dəstək üçün xüsusi proqram işə salıb. Belə ki, qeyri-sabit vəziyyət fonunda münaqişənin iqtisadi və sosial təsirləri artıq bir sıra ölkələrdə ticarət marşrutlarının pozulması, enerji və xammal böhranı, investor etimadının azalması və əhali üçün əlavə xərclərlə özünü göstərir. Dəstək çərçivəsində əsas diqqət İraq, İordaniya və Livan kimi birbaşa zərər görən ölkələrə, həmçinin Misir, Türkiyə, Azərbaycan və Ermənistan daxil olmaqla qonşu dövlətlərə yönəldiləcək. Proqram iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə iqtisadi fəallığın dəstəklənməsi, maliyyə sektorunun sabitləşdirilməsi və əsas xidmətlərin fasiləsizliyi təmin ediləcək. İkinci mərhələdə isə zərər çəkmiş iqtisadiyyatların dayanıqlı bərpası və inkişafı üçün baza yaradılacaq. Əsas məqsəd enerji təhlükəsizliyinin təmin olunması, dövlət müəssisələrinə yardım, ərzaq və logistika sahələrinin gücləndirilməsi, eləcə də özəl sektorda şirkətlərə dövriyyə kapitalının ayrılmasıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər