Dünya

Xameneidən sərt mesaj: "Kompensasiya tələb edəcəyik"

09 Apr 2026, 22:52 1 baxış
Xameneidən sərt mesaj: "Kompensasiya tələb edəcəyik"
İranın Ali Lideri Müctəba Xamenei ABŞ və İsraildən vurulan zərərə görə kompensasiya tələb edəcəklərini bildirib. Oxu.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə onun televiziya ilə yayımlanan müraciətində qeyd olunub. Bildirilib ki, Tehran istənilən halda qarşı tərəfdən kompensasiya tələb edəcək. Bundan imtina edilərsə, zərərin qarşılığı olaraq həmin ölkələrin əmlakına əl qoyulması və ya ekvivalentinin məhv edilməsi mümkün hesab olunur. Bəyanatda maliyyə zərərinin ödənilməsi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb və bunun aidiyyəti qurumların vəzifəsi olduğu qeyd edilib. Xamenei həmçinin İranın Hörmüz boğazının idarə olunmasında "yeni mərhələyə" keçəcəyini bildirib və bu məsələnin ABŞ ilə danışıqlarda əsas tələblərdən biri olduğunu vurğulayıb. O, Fars körfəzi ölkələrini də "düzgün tərəfi seçməyə" çağırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər