Dünya

Netanyahu Livanla birbaşa danışıqlara başlanmasını tapşırıb

09 Apr 2026, 21:12 1 baxış
Netanyahu Livanla birbaşa danışıqlara başlanmasını tapşırıb
İsrailin Baş naziri Benyamin Netanyahu Livanla "Hizbullah"ın tərksilah edilməsi və münaqişənin nizamlanması ilə bağlı birbaşa danışıqlara başlanması barədə göstəriş verib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin hökumət başçısı özü açıqlama verib. Onun sözlərinə görə, danışıqlar mümkün olan ən yaxın vaxtda keçiriləcək və əsas diqqət "Hizbullah"ın tərksilah olunması, eləcə də İsrail-Livan münasibətlərinin tənzimlənməsinə yönələcək. Netanyahu əlavə edib ki, İsrail Livanın baş nazirinin Beyrutun demilitarizasiyası ilə bağlı son bəyanatını yüksək qiymətləndirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər